Slimfit
  1. İDMAN

UEFA Xorvatiya millisinin futbolçusunun cəzasını azaldıb

UEFA Xorvatiya millisinin futbolçusunun cəzasını azaldıb
Sakura

UEFA Xorvatiya millisinin futbolçusunun cəzasını azaldıb

UEFA Xorvatiya milli komandasının və Almaniya "Ayntraxt"ının futbolçusu Ante Rebiçin diskvalifikasiya müddətini 4 oyuna endirib.

"Report"un qitə futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu avqustun 29-da Fransa "Strasburq"u ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün 44-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. 

Kobud oyun və qarşılaşmanın rəsmi nümayəndəsini təhqir etməsi səbəbindən Rebiçə 5 oyunluq cəzalandırıb. Sonradan Frankfurt təmsilçisi apellyasiya verib. 

Qeyd edək ki, Ante Rebiç ötən ay İtaliya "Milan"ına 2 illik icarəyə verilib. Forvard Azərbaycan millisini həm Xorvatiyada 2:1 hesabı ilə məğlub etdikləri, həm də Bakıda 1:1 bərabərə qaldıqları oyunlarda iştirak etsə də, qol vura bilməyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR