Dərc edildi: Baxış sayı: 553
UEFA rəsmisi: 'Koronavirus DÇ-2022-yə təsir edə bilər'
“Düşünürəm ki, virus daha 2-3 il futbola təsir edəcək. Koronavirusla bağlı vəziyyət hazırkı durumdan daha ciddi şəkildə inkişaf edərsə, beynəlxalq təqvimdə mütləq problem olacaq”.
“Report”un məlumatına görə, bu fikirləri UEFA İcraiyyə Komitəsinin üzvü Lars-Krister Olsson “Reuters”ə açıqlamasında deyib.
70 yaşlı funksioner bildirib ki, bəzi çempionatlar növbəti ilə təxirə salınıb: “Qətərdəki dünya çempionatı Avropadakı mövsümün ortasında keçirilməlidir, buna görə də daxili və beynəlxalq yarışların təqvimini sərtləşdirmək lazım olacaq".
Qeyd edək ki, 2022-ci il dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət