Dərc edildi: Baxış sayı: 450
UEFA "Qəbələ"yə daha 25 min avro ödəyib
UEFA 2018/2019 mövsümündə Gənclər Liqasında çıxış etmiş "Qəbələ" klubuna II mərhələdə iştirakı qarşılığında ödəniş edib.
"Report"un məlumatına görə, bu addım Avropa futbol qurumunun ödəniş siyasətinə uyğun atılıb. Səyahət və yerləşmə ödənişi olaraq 25 000 avro vəsait UEFA-dan AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
Qeyd edək ki, "Qəbələ" Gənclər Liqasının II mərhələsində Almaniya "Herta"sına iki oyunun yekununda 1:3 və 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət