Slimfit
  1. İDMAN

UEFA "Qarabağ"ın rəqibləri arasındakı oyunla bağlı qərarını açıqlayıb

UEFA "Qarabağ"ın rəqibləri arasındakı oyunla bağlı qərarını açıqlayıb
Sakura

UEFA "Qarabağ"ın rəqibləri arasındakı oyunla bağlı qərarını açıqlayıb

 Ukraynada hərbi vəziyyətin elan olunması "Vorskla" və İngiltərə "Arsenal"ı arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçına təsir etməyəcək.

"Report"un məlumatına görə, UEFA görüşün planlaşdırıldığı kimi, noyabrın 29-da Poltavada təşkil olunacağını açıqlayıb. Avropa futbol qurumu oyun zamanı bütün lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini vurğulayıb. Aleksey Butovski adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

Hər iki komanda "Qarabağ"la birgə E qrupunda yer alıb. 

Qeyd edək ki, hərbi vəziyyət Kerç boğazındakı münaqişə üzündən elan olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR