UEFA prezidenti: "Əgər iki Azərbaycan klubu Londonda üz-üzə gəlsəydi, hər hansı problem olmadan oynayardılar"
“Mən ilk dəfə UEFA prezidenti seçiləndə 76 faiz səs topladım. Amma İngiltərə məni dəstəkləmədi. Onlar başqa namizədə səs verdilər”.
APA-nın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.
Qurum başçısı Avropa Liqasının mayın 29-da Bakıda keçirilən final oyununun İngiltərədə narazılıq doğurmsına münasibət bildirib. O qeyd edib ki, problem futbolun yaradıcıları ilə bağlıdır: “İngiltərə klubları varsa və narazı qalırsa, buna qəzəblənirlər. Bununla futbolun Avropadakı populyarlığına kömək edə bilməzsiniz. Məndən finalın niyə Bakıda keçirildiyini soruşsanız, cavabım belə olar ki, orda da insanlar yaşayır. Onlar şüurlu insanlardır. Bu adamlar saat fərqinə görə finalı axşam saat 11-də izləməli idilər. Amma bundan şikyətlənmirdilər”.
UEFA prezidenti Avropa Liqasında fərqli, Çempionlar Liqasının finalı barədə eyni cür düşünmür: “Çempionlar Liqasının final oyunu yalnız böyük stadionlarda keçirilməlidir. Hətta daim 4-5 arenada oynanılmalı olsa belə bunu etməliyik. Amma Avropa Liqası və başqa turnirləri futbolu sevən digərləri ilə bölmək lazımdır”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada 4:1 hesabı ilə qalib gələn “Çelsi” tarixində ikinci dəfə bu turnirin kubokuna sahib çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət