Dərc edildi: Baxış sayı: 440
UEFA Millətlər Liqasında ilk dəfə VAR-dan istifadə olunacaq
UEFA Millətlər Liqasında ilk dəfə Video-Köməkçi Hakim (VAR) texnologiyasından istifadə ediləcək.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, iyunun 5-də start götürəcək final mərhələsinə təsadüf edəcək. Artıq UEFA Millətlər Liqasında finala yüksələn milli komandaların baş məşqçiləri ilə birifinq keçirib.
UEFA Hakimlər Komitəsinin rəsmisi Roberto Rozetti sistemin necə işlədiyi barədə ətraflı məlumat verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət