Slimfit
  1. İDMAN

UEFA icraiyyə komitəsi bu gün Avro-2024-ün ev sahibini seçəcək

UEFA icraiyyə komitəsi bu gün Avro-2024-ün ev sahibini seçəcək
Sakura

UEFA icraiyyə komitəsi bu gün Avro-2024-ün ev sahibini seçəcək

Bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) icraiyyə komitəsi 2024-cü ildə keçiriləcək Avropa çempionatının yerini seçəcək. Qitənin futbol çempionatına ev sahibliyi etmək uğrunda Türkiyə və Almaniya mübarizə aparır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, UEFA Avropa çempionatının ənənəvi keçirilmə formatına qayıdır. Belə ki, təşkilatçı rolunda bir ölkə (yaxud iki qonşu ölkə) çıxış edəcək. Panavropa turnirlərinin artıq davamı olmayacaq.

Təşkilat iri turnirlərin və Avropa kuboklarının keçiriləcəyi yeri seçməyi ənənəvi olaraq icraiyyə komitəsinə həvalə edir. Məsələn, FIFA belə qərarları konqresin müzakirəsinə çıxarır və səsvermədə dünya futbol cəmiyyətinin bütün nümayəndələri iştirak edir.

2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi proseduru 3 hissədən ibarət olacaq. Əvvəlcə iki namizədin təqdimatı baş tutacaq (növbə püşkatma vasitəsilə müəyyən olunacaq). Təqdimatın gedişində hər iki assosiasiyanın nümayəndəsi videoçarx nümayiş etdirəcək və 15 dəqiqə ərzində suallara cavab verəcək. İkinci mərhələdə icraiyyə komitəsinin üzvləri Avropa Futbol İttifaqı administrasiyasının hər bir ərizə üçün hazırladığı qiymətləndirmə hesabatını alacaq. Nəhayət, bundan sonra səsvermə keçiriləcək. UEFA prezidenti Aleksander Çeferin Avro-2024-ün final mərhələsinin ev sahibini Bakı vaxtı ilə saat 16:45-dən tez olmayaraq elan edəcək.

Bu ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-dan ədalətli seçim gözlədiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR