Dərc edildi: Baxış sayı: 436
UEFA Gənclər Liqasının formatını dəyişdi
UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2020/2021 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.
Bu qərar pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi ilə əlaqələndirib. Bu raundun oyunları 2021-ci ilin martında olacaq. Digər detallarla bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə "Qəbələ"nin U-19 komandası təmsil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət