Dərc edildi: Baxış sayı: 428
UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb.
“Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumu sözügedən federasiyanı 18 min avro məbləğində cərimələyib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Cəzaya Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insidentə səbəb olublar.
Qeyd edək ki, həmin matç Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, sözügedən komandanın tarixində ilk rəsmi qələbəsi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət