Slimfit
  1. İDMAN

UEFA Ermənistan Futbol Federasiyasını diskvalifikasiya edə bilər

UEFA Ermənistan Futbol Federasiyasını diskvalifikasiya edə bilər
Sakura
:0

UEFA Ermənistan Futbol Federasiyasını diskvalifikasiya edə bilər

UEFA Ermənistan Futbol Federasiyası ətrafında səngimək bilməyən qalmaqallara görə bu qurumu diskvalifikasiya edə bilər.

“Joqovurd” qəzeti xəbər verir ki, ölkənin güc strukturları indi bir il əvvəl EFF-in, daha doğrusu, federasiya prezidentinin müavinləri Armen Melikbekyan və Armen Nikoqosyanın maliyyələşdirdiyi tikinti işləri ilə maraqlanır.

“Ermənistan Futbol Federasiyası ətrafında ehtiraslar sakitləşmir. EFF-in eks-prezidenti Ruben Ayrapetyanın rəhbərliyi dövründə tikinti işləri zamanı pul yeyintiləri ilə bağlı cinayət işi açılıb”, - qəzet yazıb.

Qəzet yazıb ki, Ermənistan Futbol Federasiyasına seçkilərin kəskin şəkildə siyasiləşdirildiyi və bu barədə UEFA sədri Aleksandr Çeçerinə hesabatlar təqdim edildiyi nəzərə alınaraq, EFF bir neçə illik diskvalifikasiya oluna bilər.  

Qeyd edək ki, Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyan dekabrın 13-də verdiyi müsahibədə xüsusən seçkilərdə federasiya prezidentliyinə namizəd olan şəxslər barədə maraqlı açıqlamalar verib.

O, namizədlərdən birinin - Armen Melikbekyan (keçmiş müavini) EFF prezidentliyinə namizədin nizamnamədə nəzərdə tutulmuş tələblərinə cavab vermədiyini söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR