Dərc edildi: Baxış sayı: 345
UEFA-da Ermənistana qarşı intizam işi açıldı
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Avropa futbol qurumunun yaydığı məlumata görə, buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda keçirilən Ermənistan - Xorvatiya (0:1) oyununda baş verən hadisələr səbəb olub.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.
Bundan başqa, azarkeşlər görüşdə pirotexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin əski parçasını dalğalandırıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət