Slimfit
  1. İDMAN

UEFA Çempionlar Liqasında bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırıb

UEFA Çempionlar Liqasında bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırıb
Sakura

UEFA Çempionlar Liqasında bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırıb

 UEFA Portuqaliyanın "Portu" klubunun futbolçusu Xesus Koronanı iki oyunluq cəzalandırıb.

"Report" "goal.com"a isitnadən xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Almaniya "Şalke"si ilə Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında bilərəkdən sarı vərəqə almasıdır. Qitənin ən nüfuzlu klub turnirində 3 sarı vərəqə alan meksikalı oyunçu cəzasını son turda Türkiyə "Qalatasaray"ı ilə matçda "sıfırlamaq" istəyib.

Lakin UEFA 1/8 final mərhələsinin oyunlarına təmiz çıxması üçün belə addım atdığı qənaətinə gəlib. Nəticədə Korona qrup mərhələsinin son tur matçından əlavə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə İtaliya "Roma"sı ilə qarşılaşmanı da buraxmalı olacaq. 

Qeyd edək ki, fevralın 12-də "Roma" - "Portu" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Portuqaliya təmsilçisi V turda "Şalke"ni evdə 3:1, VI turda isə səfərdə "Qalatasaray"ı 3:2 hesabı ilə məğlub edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR