Slimfit
  1. İDMAN

UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq
Sakura

UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından 3-ü üzrə final matçının ev sahibi açıqlanacaq.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə 7 milli assosiasiyadan müraciət edilib:

Avropa Liqası

Gürcüstan. Boris Payçadze adına "Dinamo" stadionu (Tbilisi)

İspaniya. Ramon Sançes Pisxuan stadionu (Sevilya)

UEFA Super Kuboku

Belarus. "Dinamo" stadionu (Minsk)

Finlandiya. Olimpiya stadionu (Helsinki)

Şimali İrlandiya. Windsor Park Milli Futbol Stadionu (Belfast)

Ukrayna. "Metalist" stadionu (Xarkov)

Qadınlar arasında Çempionlar Liqası

İsveç. "Qamla Ullevi" stadionu (Qotenburq)

Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq. UEFA qitənin ən nüfuzlu klub turnirinin 2022 və 2023-cü il finallarına ev sahibliyi etmək istəyənlər üçün ərizə qəbuluna start verib. Hər 3 həlledici qarşılaşmanın təşkilatçıları sentyabrda məlum olacaq. 2021-ci il finalına Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" və Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadion namizəddir. 2022 və 2023-cü il finallarına namizədliyini vermək niyyətində olanlar isə istəklərini martın 22-dək təsdiqləyə bilərlər.

Qeyd edək ki, mayın 29-da Bakıda həm də Avropa Liqasının final oyunu keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR