Dərc edildi: Baxış sayı: 651
UEFA Avropa Liqasının ən yaxşı oyunçusu açıqlanıb
UEFA Avropa Liqasının 2018/2019 mövsümü üçün ən yaxşı oyunçusu müəyyənləşib.
"Report"un məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubunda çıxış edən İngiltərə "Çelsi"sinin sabiq futbolçusu Eden Azar layiq görülüb. Qalibin adı turnirin 2019/2020 mövsümünün qrup mərhələsinin Monakoda reallaşan püşatma mərasimində açıqlanıb.
Belçikalı hücumçu "Çelsi"dəki sabiq komanda yoldaşı Olivye Jirunu və hazırda "Real Madrid"də birgə çıxış etdiyi Luka Yoviçi qabaqlayıb.
Qeyd edək ki, Eden Azar bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub. Həmin görüşdə "Çelsi" İngiltərənin digər klubu "Arsenal"ı 4:1 hesabı ilə üstələyib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət