UEFA avrokubokların formatında dəyişiklik edə bilər
UEFA avrokubokların formatlarında ciddi dəyişikliyə edə bilər.
AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasında iştirak edən klubların bu turnirdə daimi mübarizə aparması üçün tədbirlər görülür.
Belə ki, dəyişikliklərə görə, UEFA Çempionlar Liqasında mübarizə aparan klublara ölkə çempionatlarında tutduqları yerlərdən asılı olmayaraq, Çempionlar Liqasında mübarizə aparmaq üçün şans veriləcək.
Qarşıdan gələn mövsümdən etibarən 5 mövsüm də daxil olmaqla, klubların qazanacağı hər bir xal onların şəxsi hesablarına və ölkələrinin hesablarına ciddi şəkildə təsir edəcək.
2024-2025-ci il mövsümündən etibarən UEFA Çempionlar Liqasında mübarizə aparacaq 32 klubun 24-ü növbəti, 2025-2026-cı il mövsümündə öz çempionatlarında tutduqları mövqedən asılı olmayaraq yenə UEFA Çempionlar Liqasının qrupunda yer alacaqlar.
Həmçinin Çempionlar Liqasında 32 klub, yəni 4 qrup (hərəsində 8 klub) olacaq və hər klub 14 oyun keçirəcək. Qruplarda ilk 4 sıranı tutan klublar pley-off mərhələsində çempionluq uğrunda mübarizəyə davam edəcəklər. Hər qrupda ilk 6 sıranı tutmuş klub növbəti UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmış olacaq. Qrupda yeddinci və səkkizinci yerləri tutan klublar növbəti mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq şansı qazanacaq. Belə ki, 7-ci sıranı tutan klublar UEFA Avropa Liqasının qrupunda, 8-ci sıranı tutan klublar isə 3-cü seçmə mərhələdən mübarizəyə başlayacaq.
Bundan əlavə, sənədə əsasən UEFA əvvəlcə (2024-2025-ci illər mövsümündə) UEFA Çempionlar Liqasının qrupunda hər çempionatdan maksimum 5 klubun iştirakına icazə verəcək. Eyni zamanda, turnirlərin adında da dəyişiklik ediləcəyi bildirilib. Bundan başqa, UEFA Avropa Liqasında yarımfinal oynamış 4 klub növbəti mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış olacaq.
Qeyd edək ki, qarşıdakı 2 mövsüm 2019-2020-ci və 2020-2021-ci illər mövsümü hazırkı formatda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət