Slimfit
  1. İDMAN

UEFA avrokuboklardakı klubların transfer xərclərini açıqlayıb

UEFA avrokuboklardakı klubların transfer xərclərini açıqlayıb
Sakura

UEFA avrokuboklardakı klubların transfer xərclərini açıqlayıb

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların yay fasiləsində transfer xərclərinin ümumi məbləğini açıqlayıb.

Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan ümumilikdə 80 klub futbolçu alışına 3,98 milyard avro xərcləyiblər. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur.

ÇL-dən 8, AL-dən isə 4 klubun hər biri yayda transferlərə 50 milyon avrodan çox vəsait sərf ediblər. Bu vaxt ərzində əsas tələbat 21 – 24 yaşlı futbolçulara olub. Ümumi məbləğin 74 faizi onlar üçün xərclənib.

80 klubdan 34-ü özlərinin transfer xərcləri ilə bağlı rekordlarını yeniləyib.

Qeyd edək ki, hazırda avrokubokda Azərbaycanın bir təmsilçisi qalıb. Ölkə çempionu “Qarabağ” Avropa Liqasında “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) klubları ilə birgə A qrupunda yer alıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR