Udmurtiya Azərbaycanda Pilotsuz Uçan Aparatlarının (PUA) birgə istehsalını təşkil etməyi təklif edir
Udmurtiya Azərbaycanda Pilotsuz Uçan Aparatlarının (PUA) birgə istehsalını təşkil etməyi təklif edir.
Bu barədə Trend-ə Udmurtiya Respublikasının hökumət sədrinin birinci müavini Aleksandr Svinin bildirib.
Onun sözlərinə görə, birgə istehsaldan başqa, Udmurtiya həmçinin ölkəmizə PUA-ları tədarük etməyə də hazırdır.
Bu gün Udmurtiyada 13 PUA istehsalçısı fəaliyyət göstərir. Bu il daha bir müəssisə istehsala başlayacaq. Dünyada bütün PUA istehsalının təxminən iki faizi respublikanın üzərinə düşür.
Ümumilikdə, sədr müavini Udmurtiya sahibkarlarının Azərbaycanda işləməyə çox yüksək maraq göstərdiklərini qeyd edib: "Ötən il biz əməkdaşlıq üçün beş prioritet ölkə seçdik. Azərbaycan onların sırasında idi. Biz qərarımızı biznes sorğusu əsasında verdik. Sahibkarlar bizə prioritet hesab etdikləri istiqamətləri göstərdilər".
Svinin bildirib ki, Udmurtiya artıq Azərbaycana maşınqayırma, kənd təsərrüfatı, meşə sənayesi məhsulları və mebel tədarük edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət