Dərc edildi: Baxış sayı: 487
Ucuz qiymətə maşın satan fırıldaqçıların səs yazısı yayıldı: Beh alıb aradan çıxırlar
Sosial şəbəkədə avtomobil satışı ilə bağlı elan saytlarında yeni dələduzluq növünün yayılması barədə məlumatlar paylaşılıb.
Bildirilib ki, bir qrup şəxs elan saytına avtomobili ucuz qiymətə yerləşdirməklə insanları aldatmaq yolunu seçib. Onlar avtomobili almaq istəyən şəxslərdən beh kimi 50-100 manat pul istəyir və bunun qarşılığında elanı saytdan yığışdıracağını bildirirlər. Beləliklə, bir avtomobilə görə bir neçə müştəridən beh alırlar.
Pulu əldə etdikdən sonra isə həmin şəxslərin nömrələrinə zəng çatmır. Belə elanlarda avtomobillərin hansısa rayonlarda qeydiyyatda olduğu qeyd edilib.
Məsələ ilə bağlı hətta sosial şəbəkədə səs yazısı yayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət