Slimfit
  1. DÜNYA

"Üçüncü dünya müharibəsi başlaya bilərmi?"

"Üçüncü dünya müharibəsi başlaya bilərmi?"
Sakura

"Üçüncü dünya müharibəsi başlaya bilərmi?"

ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında "Həşd Şabi"yə məxsus iki avtomobilə avia zərbələr endirib. Hücum nəticəsində "Həşd-Şabi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 8 şəxs ilə "Həşd-Şabi" təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi həyatını itirib. ABŞ müdafiə nazirliyinin yaydığı məlumata görə hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunuun "Qüds" qüvvələri üzrə komandanı general Qasım Süleymani də dünyasını dəyişib. Bir çoxları Qasım Süleymaninin öldürülməsinin üçüncü dünya müharibəsinə səbəb olacağı ilə bağlı fikirlər səsləndirirlər.

Bununla bağlı Sonxeber.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, böyük dövlətlər böyük müharibənin qarşını almağa çalışacaqlar: "Ancaq bölgədə vəziyyət bir müddət gərgin olacaq. İran intiqam alsa, Amerika bunu cavabsız qoymayacaq. İraq parlamenti Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına çağıran qanun layihəsinə səs verib. İraq parlamenti belə bir qərar qəbul etmək məcburiyyətində idi. Bağdad iranlı generalın İraq ərazisində öldürülməsinə görə Amerikaya hansısa şəkildə etiraz etməli idi. Ancaq Bağdadın Amerikaya həddən artıq sərt mövqe sərgiləməsi İraq hökumətinə problem yarada bilər. İraq parlamentindəki səsvermədə kürd və sünni millət vəkilləri iştirak etməyiblər. Bu isə o deməkdir ki, Amerika İraqın şimalındakı kürdlərdən Bağdada təzyiq məqsədi ilə istifadə edə bilər, üstəgəl İraqdakı sünni qruplar da İranın bölgədə fəallığının əleyhinədirlər".

Elxan Şahinoğlu söyləyib ki, bütövlükdə isə dünya İranın cavab aksiyasına hazırlaşır və cavabın miqyasının böyük olmamasını arzulayır ki, Avrasiya bölgəsi müharibəyə sürüklənməsin: "Təsadüfi deyil ki, İran prezidenti və xarici işlər nazirinə zəng edənlərin sayı-hesabı yoxdur. Müxtəlif ölkələrin, o cümlədən İrana qonşu ölkələrin rəsmiləri Qasım Süleymanini ölümü ilə əlaqədar Tehrana başsağlığı verməklə yanaşı, iranlı həmkarlarını sərt addımlardan çəkindirməyə çalışırlar. Avropa da narahatdır. Təsadüfi deyil ki, İranın xarici işlər naziri Cavad Zərifi Brüsselə dəvət edilib. Ancaq müharibə şəraitində əsas söz sahibi hərbçilərdir. İranın dini lideri Əli Xamaneinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan Amerikanın CNN kanalına müsahibəsində deyib ki, Amerikanın hərbi məntəqələrinə hücum hazırlayırıq".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ İran gərginliyi SEPAH Qüds briqadasının komandirinin Q. Süleymanin öldürülməsi ilə kuliminasiya nöqtəsinə gəldi: "Bu İran üçqn gözlənilməz idi və Vaşinqtonun Tehrana qarşı artıq dözümlülüyünün əyani göstəricisidir. Artıq ABŞ bununla İrana qarşı qətiyyətlə mübarizə aparacaqları mesajını verdi. Bu heç də geniş müharibəyə gətirməyəcək. Əgər, ABŞ -ın hərbi bazalarına qarşı İran hücumlar həyata keçirərəsə, ABŞ cavab zərbələri endirib, İranln infrastrukturunu dağıdar. Amma, Rusiya və Çin bu müharibədə maraqlı deyil. Çünki, regionda baş verən müharibə Rusiya, Çin kimi dövlətlərin maraqlarına uyğun deyil. İranın sıradan çıxarılmasında bu ölkələrdə imkan verməz. Hesab edirəm ki, Avropa İttifaqı ABŞ İran arasında vasitəçilik etməklə çalışacaq ki, müharibənin qarşısı alınsın. 3-cü dünya müharibəsinin baş verməsi dağıdıcı və yeni işğallara gətirə bilər. Hesab edirəm ki, 3 cu dünya müharibəsinin başlanması üçün əsaslı səbəblər yoxdur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR