Slimfit
  1. CƏMİYYƏT

Uçan yataqxana sakinləri niyə köçürülmür?

Uçan yataqxana sakinləri niyə köçürülmür?
Sakura

Uçan yataqxana sakinləri niyə köçürülmür?

Hazırda müvəqqəti də olsa, məcburiyyətdən sakinlərin hər biri yataqxanadakı evində yaşayır. Burada yaşayan sakinlərin işinə bina ilə bağlı yuxarı instansiyaların verdiyi qərardan sonra baxılacaq.

Bu sözləri Axar.az-a Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov Nazim Hacıyev küçəsi-6 ünvanında yerləşən yataqxananın sakinlərinin aqibəti ilə bağlı danışarkən deyib.

H.Cəfərov bildirib ki, binanın durumu haqda Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub və yuxarı instansiyaların qərarı gözlənilir.

İcra nümayəndəsi qeyd edib ki, binada yaşayan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qərar verəcək, digər sakinlərlə bağlı da lazımı addımlar atılacaq:

“Əgər qərar verilsə ki, bina sökülsün və yerində yeni bina inşa edilsin, o zaman sakinlər müvəqqəti olaraq kirayə evlərə köçürüləcəklər. Həmin yataqxananın yerində inşa olunacaq binada da yataqxananın hər bir sakininə yeni və tam təmirli mənzil veriləcək”.

 

Xatırladaq ki, 11 noyabr tarixində 4-cü mərtəbəsinin damı uçan Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi-6 ünvanında yerləşən yataqxanada 17 məcburi köçkün ailəsindən başqa əlavə sakinlər də yaşayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi damı uçmuş yataqxanada məskunlaşmış məcburi köçkün ailələrinə yerləşdirilmələri ilə bağlı bir neçə yer təklif edib. Komitənin mətbuat xidmətindən bildirilib ki, məcburi köçkünlərin öz fikirləri əsas götürüldüyü üçün qurum hazırda onların verəcəyi qərarı gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR