Slimfit
  1. DÜNYA

Uçan taksi gerçək olur Prototip hazırdır

Uçan taksi gerçək olur  Prototip hazırdır
Sakura

Uçan taksi gerçək olur Prototip hazırdır

Aviasiya sektorunun öncül adlarından airbus 2016-cı ildə başlatdığı Vahana layihəsi çərçivəsində üzərində çalışılan uçan taksinin kopkitinin yəni uçuş kabininin dizaynını tamamlayıb.

Avtonom pilota sahib olan uçan taksinin hazırlanma müddəti davam edir.

3 illik çalışmalardan sonra bu uçan taksinin prototipi demək olar ki, tamamlanıb. 2019-cu ilin əvvəlində uğurlu bir uçuş gerçəkləşdirən uçan taksinin indi də uçuş kabini tamamlanıb.

Kabində idareətmə modulu yoxdur.  Uçan taksinin avtonom pilotu var. Yəni öz-özünə uçur. Kabindən sərnişinlər üfüqü əngəlsiz bir şəkildə görəcəklər. İçərisində yüksək keyfiyətətli bir ekran var. Bu ekranda uçuş yolu kimi bilgilər göstəriləcək.

Bir mobil proqramla çağırılan uçan taksi çağıran şəxsin ən yaxınındakı boş əraziyə eniş edir. Ancaq sərnişinlərin uçan taksiyə necə minəcəkləri bəlli deyil. Airbus-un bunun üçün bir platforma və ya nərdivanlar hazırlayacağı gözlənilir.

Taksinin tam hazır olması üçün uzun bir sınaq müddəti  var.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR