Slimfit
  1. DÜNYA

Üç nəhəng görüşür: Neft bahalaşacaq?

Üç nəhəng görüşür: Neft bahalaşacaq?
Sakura

Üç nəhəng görüşür: Neft bahalaşacaq?

Rusiya və Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları uğrunda mübarizə aparırlar. Digər tərəfdən, bu ölkələrin istehsal etdiyi neftin tərkibi də eynidir. Yəni həm kəmiyyət, həm də keyfiyyət baxımından başabaş mübarizə gedir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Prezidenti Donald Trampın ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının öz neft sənayelərini qorumaq üçün neftin qiymətinin qalxması ilə bağlı müzakirə aparacaqları barədə sözlərini şərh edərkən deyib. Ekspert bildirib ki, neft bazarındakı hazırkı vəziyyət bundan sonra baş tutacaq hər hansı bir danışıqdan asılı olmayaraq, uzun müddət davam edəcək:

“Trampın həmin açıqlamasından sonra neftin qiymətində ani yüksəliş müşahidə olundu. Lakin axşamdan başlayaraq qiymətlərdə yenidən enmə yaşandı. Çünki bu gün neftə tələbat kəskin azalıb. Gündəlik dünya üzrə neft hasilatı 90 milyon barrel idisə, hazırda bu göstərici 70 milyon barrelə qədər enib. Bunun əsas səbəbi hazırda bazarda kifayət qədər çox neftin olmasıdır. Hətta vəziyyət o həddə çatıb ki, neft hasil edən ölkələr çıxarılan nefti saxlamağa anbar tapa bilmirlər”.

N.Cəfərli vurğulayıb ki, bu üç ölkənin birgə fəaliyyəti neft bazarında müəyyən qədər sabitlik yarada bilər:
“Lakin onların uzlaşması olduqca çətindir. Nəzərə almaq lazımdır ki, ABŞ həm ən böyük neft istehlakçısı, həm də istehsalçısıdır. Bu mənada neftin qiymətinin uzun prespektivdə maksimum 35-40 dollara qədər qalxması ABŞ-ın maraqlarına uyğundur. Lakin Rusiya və Səudiyyə Ərəbistanının fərqli maraqları var. Qeyd etdiyim kimi, onlar eyni bazar uğrunda mübarizə aparırlar. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, indiki zamanda neftin qiymətinin sabitləşməsi və yüksəlməsindən danışmaq yersiz olardı. Çünki neftin qiyməti ilə bağlı bir uzlaşma olsa belə, nəticəsi koronavirus pandemiyasından sonra görünə bilər”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR