Slimfit
  1. CƏMİYYƏT

Üç kiloqramlıq Zaqatala çörəyi

Üç kiloqramlıq Zaqatala çörəyi
Sakura

Üç kiloqramlıq Zaqatala çörəyi

Zaqatala çörəkçilərinin bişirdiyi çörək ölçüsü ilə fərqlənir.

Oxu.Az xəbər verir ki, rayonun Muğanlı kəndində hazırlanan çörək həm bişirilmə qaydasına görə, həm də çəkisinə görə digərlərindən seçilir.

Çörəyin çəkisi üç kiloqramdır. Bu da normal çəkidən 6-7 dəfə çoxdur. 

Çörəyin bişirilməsindən danışan çörəkçi Nuranə Murtuzəliyeva deyir ki, xəmir səhər tezdən yoğurulur, əvvəlcədən hazırlanmış təbii maya, el dili ilə desək, balatı ilə yoğurulmuş xəmir ən azı iki saat üstü bağlanaraq acımaq üçün müəyyən istilikdə saxlanılır.

Kürənin lazımi səviyyədə qızdığı yoxlandıqdan sonra hazır kündələr kürənin içinə qoyulur. 
Heç bir süni qatqısı olmayan bu çörəyi payız və qış aylarında bir ay, yaz-yayda isə 15-20 günə kimi saxlamaq olur. 

Bir ədədi 5-6 çörəyi əvəz edən Muğanlı çörəyinin müştərisi də az deyil. Çörəyi almaq üçün 25 kilometr uzaqlıqda yerləşən şəhər mərkəzindən, hətta qonşu rayonlardan da bura gəlirlər. Gün ərzində 25-30 çörək bişirə bilən çörəkçilər, bu rəqəmin az olmasını çörəyin çəkisinin çoxluğu ilə əlaqələndirirlər. Artıq onlar çoxlu sayda çörək bişirmək üçün yeni soba da ixtira ediblər.

Muğanlı çörəyin qiyməti isə çəkisindən asılı olaraq 2-3 manat arasında dəyişir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR