Slimfit
  1. AZƏRBAYCAN

Üç il müddətində azadlıqdan məhrum olanlarla nikahın pozulması qeydiyyata alınmayacaq

Üç il müddətində azadlıqdan məhrum olanlarla nikahın pozulması qeydiyyata alınmayacaq
Sakura

Üç il müddətində azadlıqdan məhrum olanlarla nikahın pozulması qeydiyyata alınmayacaq

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarında dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Dəyişiklikdən əvvəlki qərarda bildirilir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.

Dəyişikliyə əsasən, bu bənd qərardan çıxarılıb. 

Digər dəyişikliyə görə, bundan sonra cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayacaq. 

Qeyd edilən dəyişikliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun tutulmalı olan hərəkətlər dövlət rüsumundan azaddır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR