Slimfit
  1. AZƏRBAYCAN

Üç gün ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 72 əcnəbi saxlanılıb

Üç gün ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 72 əcnəbi saxlanılıb
Sakura

Üç gün ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 72 əcnəbi saxlanılıb

Son üç gündə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 68 nəfərinin ölkə ərazisində qanunsuz yaşadıqları, ikisinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, ikisinin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları-səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR