Slimfit
  1. MARAQLI

Üç effektiv hədəf qurma texnikası: 2020-də arzularını gerçəkləşdir

Üç effektiv hədəf qurma texnikası: 2020-də arzularını gerçəkləşdir
Sakura

Üç effektiv hədəf qurma texnikası: 2020-də arzularını gerçəkləşdir

Qarşıdan Yeni il gəlir, hər kəsin qəlbi arzularla doludur, bəs bu arzuların gerçəkləşməsi üçün nə edə bilərik?

Arzuları gerçəkləşdirmək üçün onları hədəflər və məqsədlər şəklində formalaşdırmaq lazımdır.  Bu yazıda sizə məqsədləri qurmaq ilə bağlı 3 ən məşhur metodu paylaşacağam.

DİQQƏT EDİLMƏLİ NÜANSLAR

1. Hədəfləri təyin etmədən öncə iki vacib nüansa diqqət edin

1) Hədəfləri sizin üçün başqaları müəyyən etmir ki? Məqsədiniz sizin daxilinizdən gəlməlidir. Yəni siz ömrünüzü başqalarının hədəflərini yerinə yetirməyə həsr etməli deyilsiniz. Müdirlərin, valideynlərin, tərəf müqabilinin, uşaqlarınızın hər birinin öz arzu və istəkləri var. Başqalarının hədəfləri sizi asanlıqla demotivasiya edə və gücdən sala bilər. Hətta bəzən özünüzü bu hədəflərə çatmış kimi göstərmək üçün yalan danışmalı və qeyri-etik yollar axtarmalı ola bilərsiniz.

2) Hədəflərinizi yoldaşlarınıza reklam edirmiş kimi açıqlamayın. Yəni hədəflərinizi insanlara sizi tərifləsinlər deyə danışmayın. Bununla o hədəflərin gerçəkləşməsini əngəlləyə, özünüzü sabotaj emtiş ola bilərsiniz. Çünki “necə gözəl hədəfləri olan bir insan” kimi edilən təriflər sizi həyəcanlandırır, sevindirir və beyniniz bu məmnuniyyət hissini sanki siz artıq hədəflərə nail olmuş kimi qəbul edir. Bu da hədəflərə doğru növbəti addımlara keçməyə izn vermir.

2. BEYİNLƏ OYNADIĞINIZ BİR OYUN

Hədəf qurmaq beyinin sizlə oynadığı bir oyundur. Artıq hədəfi qurmaq prosesi belə onu gerçəkləşdirmə ehtimallaırnı artırır. Hədəfinizi yazılı etsəniz bu ehtimalı daha da yüksəldirsiniz. 

Stanford universitetinin araşdırması sübut edib ki, hədəfləri yazmaq onlara nail olmaq ehtimalını ən azı 70% artırır. Amma sadəcə hədəfi yazmaqla kifayətlənməyin, ona nail olanda özünüzü necə hiss edəcəksiniz onu da təsvir edin. Həmçinin öz yolunuzu qeyd edin. Sizi hədəfə çatmaq üçün ruhlandıran sözləri yazın və özünüzü onlar ilə əhatə edin.

3. HƏDƏF QURMAQLA BAĞLI TEXNİKALARDAN YARARLANIN

Hədəf təyin etməklə bağlı ən yaxşı texnikalardan üçünü diqqətinizə təqdim edirik

  1. SMART Metodu
  2. HARD Metodu
  3. WOOP Metodu

Image result for SMART

Məqsədlər qeyri-müəyyən, ümumiləşdirilmiş və ya dumanlı olmamalıdırlar; onlar dəqiq, digər ifadə ilə  SMART olmalıdırlar. Bu söz ingilizcə beş sözün qısaldmasıdır.

SMART qısaltması ağıllı məqsəd deməkdir və əsl məqsədin necə olması haqqında olan beş sözün birinci hərflərindən ibarətdir :

Specific   – Dəqiqlik, Konkretlik, Aydınlıq – Məqsədlər mümkün qədər spesifik olmalıdır. Hədəflər maksimal şəkildə dəqiq və aydın olmalıdır və onun müəyyən edilməsində nəticəni açıq şəkildə görə bilmək lazımdır.

Measurable     – Ölçülə bilən – Məqsədləri müəyyən meyarlar əsasında ölçmək mümkün olmalıdır.  Vacibdir ki, son məqsədlərlə bərabər həm də ara hədəflər də müəyyən edilsin və ümumi hədəfin həftəlik və gündəlik bölgüsü də olsun. Bunun sayəsində planlı məqsədləri olan insan hər həftə və hər gün inkişafını və irəliləmə tempini ölçə bilər.

Attainable     – Əlçatan olması – Məqsədlərin gerçəkliyə uyğun, sizin gücünüzə uyğun olmasıdır. Məqsədlər xarici faktorlar və daxili resurslar baxımından çatıla bilən olmalıdır.

Relevant      – Uyğunluq, aidiyyət – Məqsədimiz digər, daha ümumi məqsədlərlə və stratejik hədəflərimizlə əlaqəli olmalıdır və onlara çatmaq üçün dəstək olmalıdır.

Time-bounded    – Zamana bağlılıq – Məqsəd üçün zaman və müddətlər dəqiq müəyyən edilməlidirlər (ara interval zamanları daxil olmaqla).


2. HARD

Bu hədəf qurma texnikası Mark Murphy tərəfindən təklif edilib. Şəxsi hədəflər quran zaman istifadə edəcəyiniz effektiv və asan üsullardan biridir.

  • H – Heartfelt — Ürəkdən gəlməlidir, hədəflərinizi təyin edəndə onlarla emossional bağ qurmalısınız.
  • A – Animated — Canlandırmaq –  Hədəflərə nail olduqda yaşayacağınız pozitiv hisləri canlı rəsmlərlə beyninizdə canlandırmalısınız.  Hədəfləri xəyal etməlisiniz.
  • R – Required — Tələb olunan. Hədəfləri təyin edərkən təcililik və ehtiyac hissi ilə əlaqələndirin.
  • D – Difficult — Mürəkkəb, çətin. Asan hədəflər qurmayın, hədəflərinizi böyük və çətin edin ki, onları gerçəkləşdirmək sizə əlahiddə bir zövq yaşatsın. Onların qarşınıza çıxaracağı sınaqlara hazır olun.

3. WOOP 

Ən yeni metodlardan biridir.  Psixoloqlar Gabriele Oettingen və Peter Gollwitzer tərəfindən Nyu-York Universitetində, özlərinin 20 illik elmi araşdırmalarının nəticəsi olaraq yaradılıb.

Tələbələr arasında əzmkarlığı, davamiyyəti və hətta ortalama qiymət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı sübut olunub. WOOP tələbələrə özünə-inamsızlıq sayəsində yol verilən davranışları azaldıb, romantik münasibələrdə isə bağlılığı gücləndirib. O, həmçinin gündəlik həyata tətbiq edildikdə idmanla məşğulluğu iki dəfə artıraraq iki il müddətində meyvə və tərəvəz istehlak 30% yüksəldib. 

  • W – Wish – Arzula. Gerçəkdən nail olmaq istədiyin bir şeyi arzula, özünü sına, özünlə iddiaya gir. 
  • O – Outcome – Nəticəni düşün. Arzunun gerçəkləşməsi zamanı nəticənin sənə hansı hisslər yaşadacağını xəyal et. 
  • O – Obstacle – Maneə.  Arzunu gerçəkləşdirməyə əngəl olan maneələr nədir, qarşına hansı əngəllər çıxa bilər. 
  • P – Plan – Plan hazırla. Düşündüyün əngəl və çətinlik qarşına çıxarsa nə edəcəyini bil. Əgər/onda adlı hərəkət planı qur.

Yazınızın sizə faydalı olacağını və  bu il öz arzularınıza, hədəflərinizə nail olacağınıza ümid edirik. Özünüzdən muğayət olun. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR