Slimfit
  1. DÜNYA

UBER-ə hansı xidməti daha çox qazandırdı?: Taksi, yoxsa yemək çatdırılması?

UBER-ə hansı xidməti daha çox qazandırdı?: Taksi, yoxsa yemək çatdırılması?
Sakura

UBER-ə hansı xidməti daha çox qazandırdı?: Taksi, yoxsa yemək çatdırılması?

Pandemiya onlayn yemək çatdırılmasına tələbi artırdı.

2020-ci ilin ikinci rübündə UBER-in taksi xidmətindən gəlirləri 67% azaldı, lakin yemək sifarişi 2 dəfədən çox artdı (+103%).

Ens.Az facemark.az-a istinadən bildirir ki, taksi xidməti gəlirləri $790 milyon olduğu halda, yemək çatdırılma xidmətinin gəlirləri $1,2 milyardı aşdı.

Əvvəl isə çatdırılma xidmətinin gəlirləri 4 dəfə az idi. Yük daşıma xidməti UBER Freightın gəlirləri 27% artaraq $211 milyona çatdı.

UBER Eats ilə verilən sifarişlər isə $7 milyarda çatıb, bu ötən ilin eyni dövrün göstəricilərinə görə $3,6 milyard çoxdur.

Eyni zamanda, UBER Technologies-in zərəri $5,2 milyarddan $1,8 milyarda düşüb.

Son ildə UBER Eats Avstriya, Çexiya, Misir, Ukrayna, Honduras, Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Peru, Rumıniya, BƏƏ və Uruqvay kimi ölkələrdən çıxıb (ölkələrin bazarlarını tərk edib).

Bildirək ki, Rusiyada isə bu xidmət cəmi 1 il işlədi və Yandex-lə bağlanan müqavilədən sonra bağlandı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR