Slimfit
  1. DÜNYA

"Twitter"in İcraçı direktoru ifadə verəcək

"Twitter"in İcraçı direktoru ifadə verəcək
Sakura

"Twitter"in İcraçı direktoru ifadə verəcək

"Twitter"in İcraçı direktoru Cak Dorsey (Jack Dorsey) 5 Sentyabrda Nümayəndələr Palatasında ifadə verəcək. 
 

"Marja" xəbər verir ki, Dorsey, Nümayəndələr Palatasının Enerji və Kommersiya Komitəsinin qarşısında şirkətin istifadə etdiyi məzmun və alqoritmlər haqqında sualları cavablandıracaqdır.
 
 
Cümhuriyyətçi Kevin McCarthy açıqlamasında bildirib ki, sosial media platformaları artıq xalqın bir araya gəlib fikirlərini ortaya qoyduğu yerlərdir. Mccarthy, ABŞ-dakı mühafizəkar səslərin son dövrdə intensiv şəkildə susdurulduğunu qeyd edib.  Twitter-in də bu məsələdəki mövqeyi öyrəniləcəkdir. 
 
 
"Twitter", keçən il ifrat sağçı irqçilik əleyhdarları arasındakı hadisələrdən sonra bəzi sağçı hesabları bağlamışdı. Bənzər şəkildə sağ fikirlərilə tanınan Aleks Cons adlı radio proqramçısının hesabı da bir həftəliyinə təxirə salınmışdı.
 

Daha öncə də "Facebook"un İcraçı direktoru Mark Zuckerberg, məlumat sızmaları səbəbindən Senatda ifadə vermiş və sualları da cavablandırmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR