Dərc edildi: Baxış sayı: 593
“Twitter” xidmətlərindən birinin fəaliyyətini müvəqqəti dayandırır
“Twitter” sosial şəbəkəsi təhlükəsizlik məqsədi ilə xidmətlərindən birinin fəaliyyətini dayandırır.
Trend-in məlumatına görə, “Twitter via SMS” xidməti müvəqqəti dayandırılıb.
“Twitter via SMS” sosial şəbəkə yaranandan işləyib. Bu xidmət SMS vasitəsilə sosial şəbəkədə “tvit” yazmağa imkan verirdi.
Qeyd olunur ki, SMS vasitəsilə tvit atılan zaman bəzi ölkələrdə təhlükəsizliklə bağlı çatışmazlıqlar qeydə alınıb.
Sosial şəbəkənin rəhbərliyi “Twitter via SMS” xidmətindən istifadə edənlərə “Twitter”in veb-versiyasından və ya mobil tətbiqindən istifadə etməyi tövsiyə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət