Slimfit
  1. DÜNYA

“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır

“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır
Sakura

“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır

“Twitter” ABŞ prezidentliyinə namizəd olan Nyu-Yorkun sabiq meri Maykl Blumberqə dəstək məqsədli postlar dərc edən 70 səhifənin fəaliyyətini dayandırmağa başlayıb.

Report” “Los Angeles Times” qəzetinə istinadən xəbər verir ki, icbari tədbirlər şirkətin platforma manipulyasiyası və spamla bağlı qaydalarının pozulması səbəbi ilə görülüb. Bəzi hesablar qeyri-müəyyən müddətə dayandırılacaq.

Nəşrin məlumatına görə, sosial şəbəkələrdə təbliğ işləri üçün M.Blumberqin qərargahı “Facebook”, “Twitter” və “Instagram”da milyarderə dəstək məlumatları yaymaq üçün yüzlərlə müvəqqəti işçi cəlb edib.

M.Blumberq prezidentlik yarışına digər əsas namizədlərdən daha gec daxil olsa da, o, qeyri-məhdud maliyyə mənbələrinə malikdir. Digər namizədlərdən fərqli olaraq, o, 50 milyard ABŞ dollarından çox olan sərvətindən vəsait xərcləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR