Dərc edildi: Baxış sayı: 575
"Twitter" dövlət KİV-lərinə reklam verməyi qadağan etdi
"Twitter" internet-korporasiyası dövlət KİV-lərinə sosial şəbəkə vasitəsi ilə reklam yaymağı qadağan edəcəyini bildirib.
“RİA Novosti” xəbər verir ki, buna səbəb akkauntların reklam üçün deyil, müəyyən informasiyanı yaymaq üçün istifadə edilməsi ehtimalı göstərilir.
Bildirilir ki, yeni qaydalar müstəqil ictimai kanallara, həmçinin vergi ödəyicilərinin maliyyələşdirdiyi təşkilatlara şamil edilməyəcək.
KİV-lərin dövlət nəzarətində olmasını maliyyə mənbələrindən, redaksiya siyasətindən və digər amillər əsasında müəyyən ediləcək. Bu işdə "Twitter" “Freedom house”, “Sərhədsiz reportyorlar” və digər içtimai təşkilatların rəyini də nəzərə alacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət