Slimfit
  1. AZƏRBAYCAN

Türkmənistandan gələn toz-duman Bakını bürüdü

Türkmənistandan gələn toz-duman Bakını bürüdü
Sakura

Türkmənistandan gələn toz-duman Bakını bürüdü

Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər azalaraq sanitar normadan 2,8 dəfə yuxarı olduğu qeydə alınıb.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Qeyd edək ki, bu göstərici saat 15:00-da 3,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.

16:20

Azərbaycan ərazisində toz-duman müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, mütəxəssislərin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-də ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. 

Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR