Dərc edildi: Baxış sayı: 675
Türkmənistanda DİN rəhbəri işdən qovuldu, rütbəsi mayora endirildi
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər naziri, general-leytenant İsgəndər Mulikovu vəzifəsindən qovub, rütbəsini mayora qədər endirərək onun bütün dövlət mükafatlarını ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat yayıb.
Prezident hökumətin və Milli Təhlükəsizlik Şurasının birgə iclasında belə qərar qəbul edib.
Berdiməhəmmədov bu qərarını işdə ciddi nöqsanların olması, vəzifə səlahiyyətlərindən sui-istifadə, kobud qanun pozuntuları ilə əlaqələndirib.
O, Məmmədxan Çakıyevi yeni daxili işlər naziri təyin edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət