Türkmənistan ölkədə koronavirusun olmadığını iddia edir
Türkmənistan Xarici İşlər Nazirliyi, yoluxma hallarını gizlətmədiklərini bildirir
Ens.az saytı bildirir ki, Türkmənistanın Xarici İşlər Naziri Rəşid Meredov ölkədə koronavirus infeksiyası təsdiqlənmiş hadisələrin olmadığını bildirib və deyib ki, əks halda Aşqabad ÜST-ə məlumat verərdi.
“25 il əvvəl BMT tərəfindən tanınan daimi bitərəfliyə sahib bir ölkə olaraq, BMT üzvü kimi götürdüyümüz öhdəliklərə görə məsuliyyət daşıyırıq. Buna görə də, heç nəyi gizlətmirik, biz tam açığıq "deyə Meredov vurğulayıb.
Meredovun sözlərinə görə, Aşqabadın beynəlxalq tərəfdaşları ilk yoluxma hadisələrinin aşkarlandığı barədə dərhal xəbərdar olardılar.
Qeyd edək ki, Türkmənistan, rəsmi statistikaya görə, koronavirus infeksiyası ilə əlaqəli heç bir hadisənin olmadığı bir neçə ölkədən biridir.
Mənbə: womo.ua
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət