Dərc edildi: Baxış sayı: 379
Türkmənistan Avropaya qaz nəqli ilə bağlı danışıqlar aparır
Türkmənistan Avropaya qaz nəqli imkanlarını nəzərdən keçirir və bununla bağlı danışıqlar aparır.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidentinin neft-qaz üzrə müşaviri Yaxşıgəldi Kakayev Əbu-Dabidə bildirib.
“Biz Avropa istiqamətində ixrac marşrutlarına baxır, Avropa Komissiyası və digər tranzit ölkələr ilə bununla bağlı aktiv şəkildə danışıqlar aparırıq. Yəni biz yerimizdə dayanmırıq”, - o əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət