Slimfit
  1. DÜNYA

Türkmənistan

Türkmənistan
Sakura

Türkmənistan — Asiya qitəsində dövlət

Tarixi

X əsrdə Türkmənistanın ərazisinə oğuzlar(indiki türkmənlərin əcdadları) köçüb gəlirlər. Oğuzlar XIII əsrdə Səlcuqdövlətini yaradırlar. XVI əsrdə Türkmənistan ərazisi Xivə və Buxara xanlıqlarının tabeçiliyinə düşür. 1869-cı ildə Çar Rusiyası tərəfindən işğal olunur. 1921-ci ildə Türküstanın tərkibinə daxil olur. 1924-cü ildə isə SSRİ tərəfindən Türkmənistan MSSR-i yaradılır və SSRİ-nin tərkibinə daxil olur. 1991-ci ildə müstəqil Türkmənistan Respublikası elan olunur.

Coğrafi mövqeyi və təbiəti

 
Türkmənistan vilayətləri: 
1. Ahal 
2. Balkan 
3. Daşoğuz 
4. Lebap 
5. Marı

Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir.

Relyefinə görə ovalıq və dağlıq hissələrdən ibarətdir. Kopetdağ silsiləsi seysmik cəhətdən fəaldır. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovalığında okean səviyyəsindən 100-200 metr hündürlükdədir. Xəzər dənizidə bir sıra adalara malikdir. Oğurçalı adası ilə Çələkən yarımadası arasında Çələkən Oğurçalı boğazı yerləşir. Zəngin təbii qaz və neft ehtiyatına görə ölkə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Ölkə ərazisində 144 neft və qaz yatağı aşkar edilmişdir. Onlardan yalnız 40 yataq istismar olunur (Xəzərətrafı, Buxara-Xivə, Mraı, Lebap və s.). Yeraltı sərvətlərdən kükürd, kalium və daşduz, bentonit gili, mirabilit, alunit vardır.

Ölkənin iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 günü buludsuz keçir. Respublika ərazisində illik və sutkalıq temperatur amplitudu çox böyükdür. Yağıntıların orta illik miqdarı 50–200 mm arasındadır. Mümkün buxarlanma 1500 mm-dən artıqdır. Əkinçilik əsasən suvarma, dağlarda isə qismən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonları Amudərya, Murqab və Təcən çaylarının suları ilə təchiz olunur.

Türkmənistanda ən böyük göl Sarıqamışdır. Bu göldən yüksək keyfiyyətli xörək duzu yığılır. Suvarma tarixən Türkmənistan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Amudəryadan çəkilən Qaraqum kanalı minlərlə hektar torpağın canlanmasında mühüm rol oynayır. Türkmənistan ərazisi yeraltı sularla zəngindir. Yeraltı suların səthə yaxın ərazilərində vahələr mövcuddur. Münbit torpağı, tuğay meşələri, zəngin bitki örtüyü vahələrə özünəməxsus gözəllik verir. Ölkə ərazisinin 375 min km² –i səhra və yarımsəhralardır. Boz qumsallıqda hamar səthli takırlar çox yeknəsək təsir bağışlayır. Türkmənistan ərazisində bitən saksaul kolu əhalinin istifadə etdiyi ən mühüm bitkidir.

İnzibati-ərazi bölgüsü

  • Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən:
  • Vilayətlərin sayı: 5
  • Ahal vilayəti
  • Marı vilayəti
  • Daşoğuz vilayəti
  • Lebap vilayəti
  • Balkan vilayəti
  • Etrapların sayı: 50
  • Şəhərdaxili etrapların sayı: 11
  • Şəhərlərin sayı: 24
  • Qəsəbələrin sayı: 77
  • Gənəşliklərin sayı: 552
  • Kəndlərin sayı: 1.901

Əhalisi

Türkmənistan etnosunun mənşəyi qədim türk və akhun qəbilələri ilə bağlı olub. Etnosun formalaşmasında oğuzlar yaxından iştirak etmişlər.

Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir (55%). Əhali əsasən, Qaraqum kanalı zonasında, Murqab və Təcənçaylarının deltasında, Kopetdağın ətəyində cəmləşmişdir. Aşqabad şəhəri Türkmənistan Respublikasının paytaxtı, mühüm elm, sənaye və mədəniyyət mərkəzidir. Başqa əsas şəhərləri Cərco, Daşoğuz, Marı, Nebitdağ, Türkmənbaşıdır.

Türkmənistan BMT, İKT (İslam Konfransı Təşkilatı), MDB, İqtisadi Əməkdaşlıq Şurası və s. təşkilatların üzvüdür

Milli tərkib

14.04.2001 – tarixində "Neytral Türkmənistan" qəzetində ölkənin o zamankı dövlət başçısı Saparmurad Niyazovun müsahibəsi nəşr olundu . Keçmiş prezident 2001-ci ilə ölkə əhalisinin 91%-nin türkmənlərin , 3%-ni özbəklərin , 2%-ni rusların , 4%-ni digər millətlərin təşkil etdiyini qeyd etmişdi . Türkmənlər həmçinin Özbəkistanda, Tacikistanda, İranda, Əfqanıstanda və Rusiya Federasiyasında da yaşayırlar. Ölkənin türkmən əhalisi yüksək təbii artıma malikdir. Buna baxmayaraq orta sıxlıq çox aşağıdır (1 km²-də 9,2 nəfər ). Ərazinin 80%-də əhali yaşamır.

Müasir sosial-iqtisadi vəziyyət

Türkmənistan Respublikasında ölkəni xammal istehsalçısından hazır məhzul istehsalçısına çevirmək məqsədi daşıyan dövlət proqramı həyata keçirilir. Proqram reallaşması üçün emaledici sənaye sahələrinə diqqət artırılır, əhalinin ərzağa olan tələbatını daxili imkanlar hesabına ödəmək üçün layihələr hazırlanır.

Sənaye

Türkmənistanın təsərrüfatının əsas gəlirli sahəsi neft və qaz kompleksinin inkişafıdır. Neft və qazçıxarma respublikanın ixtisaslaşmış sahəsidir. Ölkənin gəlirinin 60%-i bu sahələrin payına düşür. Neft borularla emal üçün Türkmənbaşı və Cərco şəhərlərinə nəql edilir. Neftin bir hissəsi Xəzər dənizi ilə Azərbaycana və başqa ölkələrə aparılır. Türkmənistan təbii qaz ehtiyatına görə dünyada 4-cü yerdə durur. Xüsusilə, Açaq, Marı və Xəzərsahili yataqlar daha məhzuldardır. İldə 32 milyard m³ qaz hasil olunur və bu qazın böyük hissəsi qonşu ölkələrə, o cümlədən Azərbaycana, Gürcüstana, Ukraynaya, Rusiya Federasiyasına göndərilir.

Türkmənistanda təbii qazı ixrac etmək üçün hələlik yalnız bir boru kəməri (Rusiyaya) mövcuddur. Lakin İran və Türkiyədən keçməklə Avropaya, Əfqanıstandankeçməklə Pakistan və Hindistana qaz ötürmək üçün boru kəməri marşrutları üzərində işlər gedir.

Ölkədə maşınqayırma sənayesi neft-qaz və kənd təsərrüfatına xidmət sahələrindən ibarətdir. Kimya sənayesi üçün kifayət qədər yerli xammal vardır. Kükürd, kalium duzları, yod əsasında Nebitdağda, Bekdaşda, Çələkəndə, Cərcoda, Marıda kimya zavodları fəaliyyət göstərir. Bir çox xarici şirkətlər Türkmənistanda kimya zavodları müəssisələri yaratmaq marağındadır.

Türkmənistanda elektrik enerjisinə olan tələbat iri şəhərlərə yaxın tikilmiş İES-lər və İrandan alınan enerji hesabına təmin olunur.

Kənd təsərrüfatı

Türkmənistanda əkinçilik üçün yararlı torpaqların yarısından pambıqçılıqda istifadə olunur. Qaraqumun Murqab və Təcən deltalarında, Amudərya boyunca uzanan sahələrdə pambıq əkinləri daha çoxdur.

Respublikada yığılan pambığın 25%-i zərifliflidir. Gələcəkdə pambıq istehsalını 3 milyon tona çatdırmaq nəzərdə tutulur. Suvarılan torpaqlardan bağçılıqda, üzümçülükdə və taxılçılıqda istifadə olunur. Çəltik Amudəryanın aşağı axarlarında becərilir. Vahələrdə əhali baramaçılıqla məşğul olur. Bostan bitkiləri xüsusilə geniş yayılmışdır. Son illər şəkər çuğunduru əkinləri geniş vüsət almışdır.

Kənd təsərrüfatının ikinci sahəsi heyvandarlıqdır. Şərqi Qaraqumda qaragül qoyunları, Qərbi Qaraqumda zərifyunlu qoyunlar və birhürgüclü dəvələr saxlanılır. Pambıqtəmizləmə (Türkmənqala), pambıqparça, ipək (Aşqabad, Türkmənabad və Marıda), qaragül dərisinin aşılanması və s. fabrikləri fəaliyyət göstərir. Lakin yüngül sənayedə aparıcı sahə xalçaçılıqdır.

Nəqliyyat

Ərazinin tranzit mövqeyi nəqliyyatın inkişafı üçün geniş imkanlar açır. Türkmənistan cənub istiqamətdə nəqliyyat şəbəkəsini yaratmaq mövqeyi tutmuşdur. Təcənşəhərindən Məchəd şəhərinə çəkilən avtomobil yolu Mərkəzi Asiyanın digər respublikaları (xüsusən Qazaxıstan və Özbəkistan) üçün mühüm əhəmiyyətə malikdir. Bakı ilə Türkmənbaşı şəhərləri arasında Xəzər dənizində gəmi-bərə işləyir.

Tikinti

Tikinti sənayesinə diqqət artırılmışdır. Ölkə bütövlüklə tikinti meydanını xatırladır. Ölkəyə daxil olan 20 milyard dollar xarici investisiyanın 83%-i tikintiyə yönəlmişdir. Türkmənistan 50-dən çox ölkə ilə iqtisadi əlaqələr yaratmışdır.

Maraqlı faktlar

  • Türkmənistan üçün xarakterik heyvan atdır. Axaltəkə vadisində eyniadlı at cinsinin yetişdirilməsinin tarixi 4000 ildən çoxdur.
  • Ölkədə əhalinin sosial müdafiəsi dövlət siyasətidir. 1993-cü ildən əhaliyə elektrik enerjisi, təbii qaz, xörək duzu pulsuzdur. Aztəminatlı ailələrə maddi kömək edilir. Tibbi xidmətdə güzəştlər var.
  • Ölkə mətbuatında xaricə informasiya vermək rəsmən qadağan olunmuşdur.
  • Yemiş (qovun) ölkə üçün ən mühüm bostan bitkisidir. Avqust ayının 2-ci bazar günü ölkədə "Yemiş günü" keçirilir. Hamı yemiş yeməli, bir-birinə hədiyyə etməlidir. Burada yemişin 200-dək növü becərilir
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR