Slimfit
  1. DÜNYA

Türkiyəyə qarşı ədalətli olmadıq - Trampdan etiraf

Türkiyəyə qarşı ədalətli olmadıq - Trampdan etiraf
Sakura

Türkiyəyə qarşı ədalətli olmadıq - Trampdan etiraf

 

Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş keçirilib.

“Hürriyet” xəbər verir ki, danışıqlar təqribən 40 dəqiqə davam edib.

İki lider görüşün əvvəlində açıqlamalar veriblər. D.Tramp bildirib ki, iki ölkə arasında ticarəti 4 dəfə artırmaq planlaşdırılır:

“Əlaqələrimizdən məmnunuq. Hərbi sahədə ticarətə də başlamaq qərarına gəldik. Sizinlə birlikdə olmaq fəxrdir. Ərdoğan dost münasibətlər saxladığım liderdir. Türkiyəyə səfər etməyi planlaşdırıram, ancaq səfərin tarixi hələ müəyyənləşməyib”.

ABŞ Prezidenti qeyd edib ki, R.T.Ərdoğan Barak Obama administrasiyasından “Patriot” zenit-raket komplekslərini almaq istəsə də, buna icazə verilməyib:

“Obama dövründə Türkiyəyə ədalətli davranılmayıb. Ankaranın Rusiyadan S-400 zenit-raket sistemlərini alması qarışıq mövzudur. Müxtəlif həll yolları axtarırıq. Türkiyəyə qarşı ədalətli olmaq məcburiyyətindəyik”.

Türkiyə Prezidenti isə deyib ki, iki ölkə arasında iqtisadi ticarətin həcmini 75 milyard dollara çatdırmaq planlaşdırılır:

“Strateji tərəfdaşıq. Bu, bir çox sahələrdə həmrəy olmağımızı təşviq edir. İnanıram ki, bundan sonra həmrəyliyimiz eyni şəkildə davam edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR