Türkiyəyə hərbi əməliyyatlarda böyük üstünlük qazandıran texnologiya
"Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlar həm də hər bir ölkənin texnoloji imkanlarını üzə çıxardıb. Türkiyə bu hərbi əməliyyatlarda öz istehsalı olan Hərbi Dronlardan – Pilotsuz Uçan Aparatlardan istifadə edir. Türklər bu pilotsuz hərbi texnikanı özlərinin TürkSat telekommunikasiya peykindən istifadə etməklə idarə edirlər. Bununla da hərbi əməliyyatlarda böyük üstünlük əldə edilib".
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, gövdəsində raketlər yerləşdirilən PUA-lar hətta Rusiyaya məxsus hava hücumundan müdafiə üzrə ən müasir sistemlərini sıradan çıxarda bilib:
"Xeyli sayda ölkələr Rusların bu sistemlərindən istifadə edirdilər. Görünür ki artıq onlar bu məsələyə yenidən baxmalı olacaqlar. Son zamanlarda Türkiyənin hərbi-sənaye kompleksi xeyli müasirləşib və inkişaf edib. Həm də özəl kosmk resurslarını da bu proseslərə cəlb edə biliblər. Türklər artıq öz hərbi dronlarını export da edirlər.
Son müharibələr bir daha göstərdi ki, hərbi dronların xüsusi çəkisi xeyli artacaq. Təsadüfi deyil Azərbaycan da bu sahəyə xeyli diqqət yetirib, bizim orduda da hərbi dronlardan istifadə edilir".
Ekspert düşünür ki, Türkiyə istehsalı olan PUA-lara üstünlük verilməsi, özünün telekommunikasiya peykinə malik olan Azərbaycan üçün hərbi təyinatlı dronların istehsalına diqqət yetirməsi baxımından faydalı ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət