Dərc edildi: Baxış sayı: 555
Türkiyəyə görə geri çəkilmək o demək deyil ki… - ABŞ
ABŞ hərbçilərinin Suriyanın şimal-şərqində Türkiyənin əməliyyat zonasından çıxarılması o demək deyil ki, ABŞ bu ölkədən qoşunlarını çıxarmağa başlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Prezident Administrasiyasının rəsmi nümayəndəsi jurnalistlərə açıqlamasında söyləyib.
“50-100 ABŞ hərbçisinin çıxarılması Suriyadan qoşunların rəsmi şəkildə çıxarılması demək deyil. Vaşinqton ABŞ hərbçilərinin vətənlərinə tezliklə dönüşünə cəhd edir, amma indi bunun üçün münasib zaman deyil. Amerikalı hərbçilər başqa rayona yerləşdiriləcəklər”, - o bildirib.
ABŞ rəsmisi Türkiyənin bölgədəki əməliyyatını dəstəkləmədiklərini də əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət