Dərc edildi: Baxış sayı: 526
Türkiyəyə futbolda da təzyiq başladı – UEFA-dan qərar
UEFA Almaniya və Fransanın müraciəti əsasında Türkiyənin futbol üzrə milli komandasına qarşı qol sevinciylə əlaqədar olaraq araşdırma başladıb.
Axar.az xəbər verir ki, UEFA qərarını artıq Türkiyə Futbol Federasiyasına da təqdim edib.
Qeyd edək ki, dünən baş tutan Fransa-Türkiyə matçı zamanı Türkiyə yığmasının oyunçuları hesabı bərabərləşdirdikdən sonra türk azarkeşlərin qarşısında əsgər salamı vermiş və bununla “Sülh çeşməsi” əməliyyatına dəstəklərini ifadə etmişdilər. Türk oyunçuların bu hərəkətindən sonra Fransa İdman Nazirliyi Almaniya ilə birgə UEFA-ya Türkiyə yığmasını şikayət etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət