Slimfit
  1. AVTO VƏ MOTO

Türkiyənin yerli istehsalı bu özəllikləri ilə rəqib axtarır

Türkiyənin yerli istehsalı bu özəllikləri ilə rəqib axtarır
Sakura

Türkiyənin yerli istehsalı bu özəllikləri ilə rəqib axtarır

Türkiyənin C seqmentinə aid elektrik mühərrikli SUV (Sport Utility Vehicle – İdman avtomobili) modeli yeni xüsusiyyətləri ilə avtomobil bazarına iddialı girməyi planlaşdırır.

Publika.az 
xəbər verir ki, ilk mühərrikli yerli avtomobil ən uzun aks (fırlanmanı təkərlərə ötürən vallar), ən böyük daxili həcm və ən yaxşı sürət performansı kimi xüsusiyyətlərə sahib olacaq.

Diqqət çəkən əsas xüsusiyyətlər aşağıdakı kimidir:

Yüksək texnologiyalı daxili məkan komfortu



Yerli avtomobilin interyeri diqqətlə seçilmiş yüksək texnologiya ilə hazırlanıb. Avtomobildə təyyarə kokpitini xatırladan və elektron dayanacaq əyləci funksiyalarını özündə cəmləşdirən konsol yerləşdirilib. Sensor ekranda səsli əmrlər vasitəsilə sadə idarəetmə sürücüyə rahatlıq təmin edir.

2-ci səviyyə avtonom



Türkiyənin avtomobili şəhərdaxili tıxac pilotu xüsusiyyətini də özündə ehtiva edən "Səviyyə 2+" avtonom sürüş qabiliyyətinə sahib olacaq və tıxacda istifadəçilərinin yükünü azaldacaq. Bu funksiyanın gələcəkdə daha da inkişaf etdiriləcəyi bildirilib.

İnternet üzərindən avtomobil ən inkişaf etmiş texnologiya ilə davamlı inkişaf etdiriləcək. 5G texnologiyası ilə təmin ediləcək.

Avtomobil bütün ağıllı şəhər infrastrukturu, elektrik şəbəkəsi, cihazlar, evlər və binalarla ünsiyyət halında olacaq və həyatın bir çox fərqli sahəsində istifadəçisinin yerinə düşünən bir virtual köməkçiyə çevriləcək.

8 il batareya zəmanəti



Türkiyənin avtomobili, irəli litium-ion batareya texnologiyası və aktiv termal rəhbərlik sistemlərinin təmin edəcəyi texniki üstünlüklər sayəsində 8 il boyunca batareya zəmanətinə sahib olacaq. Türkiyənin avtomobilinin istifadəçiləri diləyərlərsə 200 at gücündə arxadan hərəkəti təmin edən tək e-mühərrik (RWD) sistemli versiyanı, ya da cəmi 400 at güc təqdim edən iki e-mühərrikli (AWD) bütün təkərlərdən hərəkəti təmin edən versiyanı seçə bilərlər.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR