Slimfit
  1. AVTO VƏ MOTO

Türkiyənin yerli avtomobili Azərbaycana gətiriləcək?

Türkiyənin yerli avtomobili Azərbaycana gətiriləcək?
Sakura

Türkiyənin yerli avtomobili Azərbaycana gətiriləcək?

Türkiyə tərəfindən istehsal edilməsi planlaşdırılan elektrik mühərrikli avtomobilin ötən gün təqdim edilməsindən sonra bəzi suallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, bunlardan biri 2022-ci ildə kütləvi istehsal olunacaq avtomobilin xarici ölkələrə çıxa bilmə ehtimalıdır.

Son dövrlərdə texnologiyada yaşanan inkişaf “Apple”, “Google”, “Amazon” kimi nəhəng şirkətlərin avtomobil sektoruna daxil olması nəticəsində qeydə alınıb. Bu yenilik qarşısında tədbir görmək istəyən ənənəvi istehsalçılar birləşməyə üstünlük verir. Bunun son nümunəsi İtaliya-ABŞ ortaqlığı ilə “Fiat Chrysler” və Fransa PSA-sının 50 milyard dollarlıq birləşməsi oldu. Birləşmə nəticəsində ortaya çıxan qrupun “Volkswagen”, “Renault-Nissan-Mitsubishi” və “Toyota”dan sonra 4-cü yerə qalxması və 8,7 milyon avtomobil satması gözlənilir.

Nəqliyyat vasitələri Təchizatı İstehsalçıları Birliyinin (TAYSAD) sədri Alpər Kaynarcaya görə, belə çətin dövrdə Türkiyənin öz istehsalı olan elektrik mühərrikli avtomobillə dünya bazarına çıxması qısa müddətdə mümkün kimi görünmür: “175 min ədədlik istehsal dünya bazarı üçün kiçik miqdardır. Dolayısı ilə, dünya bazarlarında qısa müddətdə diqqət çəkəcək marka olacağını sanmıram. 22 milyard dollarlıq sərmayənin daimi ola bilməsi üçün 175 minlik satışdan aşağı düşməmək vacibdir. Bu nöqtədə daxili bazar ortaya çıxır. Türkiyədə son 3 ildə 1 milyon avtomobil satılıb. 2019-cu ildə 500 min ədəd belə satılmayıb. Xüsusilə, yerli bazarda bu avtomobilin cazibəsinin artırılması lazımdır”.

Digər mütəxəssislər isə bildirir ki, yerli avtomobilə sıfır vergi tətbiq edilsə, tələbat arta bilər.

Avtomobilin 5 modeldə 175 min ədəd istehsalı nəzərdə tutulub. Türkiyə Avtomobil Təşəbbüsü Qrupuna aid, C seqmentində, 100% elektrik mühərriklə işləyəcək avtomobilin qiyməti, hələ ki, açıqlanmır.

Avtomobilin kütləvi istehsaldan sonra xarici bazarlara çıxarılması, o cümlədən, Azərbaycana gətirilməsi də ehtimal edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR