Dərc edildi: Baxış sayı: 1009
Türkiyənin xarici borcu - 3 trilyon lirəyə çatıb
Türkiyənin xarici borcunun açıqlanıb. FED.az xəbər verir ki, Türkiyənin dövlət və özəl sektorunun birlikdə xarici borcu cəmi 466 milyard 657 milyon dollar (2 trilyon 846 milyard lirə) təşkil edib. Bunun 221,7 milyard dolları özəl sektorun, qalan 244 milyard 957 milyon dolları dövlət borcunun payına düşür.
Ölkədə adam başına xarici borc 5 min 760 dollar(35 min 136 lirə) düşür.
Türkiyədə dolların 4,8 lirədən yüksələrək hazırkı səviyyədə, yəni 6,10 lirədə qərarlaşması xarici borcun lirə hesabı ilə 606 milyard 650 milyon lirə artmasına səbəb olub.
Başqa sözlə, dolların hər 10 kuruş artması xarici borcun 46 milyard 660 milyon lirə artımı deməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət