Slimfit
  1. DÜNYA

Türkiyənin Rusiya ilə anlaşmanı pozmasına səbəb budur

Türkiyənin Rusiya ilə anlaşmanı pozmasına səbəb budur
Sakura

Türkiyənin Rusiya ilə anlaşmanı pozmasına səbəb budur

Türkiyənin Ukrayna istiqamətində pozitiv addımlar atacağı gözlənilən idi. Ukraynada “Baykar”ın hərbi zavodu açılır, burada “Bayraqdar” və başqa müasir hərbi dron və texnikalar istehsal olunacaq.

Ens.Az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Türkiyənin “Azov” batalyonunun komandirlərini Ukraynaya təhvil verməsi ilə bağlı danışarkən deyib.

“Rusiya-Türkiyə münasibətlərində gərginliyin səbəbi Kremlin özüdür. Çünki Rusiya taxıl sazişini tərk etmək istəyir. Bu da şəxsən Prezident Ərdoğanın nüfuzuna zərbədir. Ona görə ki, taxıl müqaviləsində Ərdoğan zamin duran şəxsdir. Buna cavab olaraq Türkiyə "Azov" döyüşçülərini buraxdı. Yəni bildirmək istəyir ki, Rusiyanın addımları düzgün deyil. Zatən Rusiya taxıl sazişini tərk etsə, Türkiyə bunu davam etdirəcək. Nəticə etibarilə bu müddətdə Ankara və Moskva arasında bəzi gərginlik olacaq”, - o bildirib.

Ekspert qeyd edib ki, bu mərhələdə ABŞ-la olan problemlər həll olunacaq:

“Türkiyə-ABŞ gərginliyi zamanı Rusiya-Türkiyə yaxınlığı müşahidə edilirdi. Ona görə ki, Rusiya həmişə ABŞ-la gərginlik yaşayan ölkələrlə yaxınlıq etməyə çalışır. Yəni burada taktiki siyasi manevrlərdən söhbət gedə bilər. İndi bu dönəmdə ümid etmək olar ki, ABŞ-Türkiyə münasibətləri düzələcək - istər F-16, istərsə də siyasi, iqtisadi, texniki və başqa sahələrdə əməkdaşlıq genişlənəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR