Dərc edildi: Baxış sayı: 487
Türkiyənin Muğla vilayətində zəlzələ olub
Türkiyənin Muğla vilayətində, Aralıq dənizinin Marmaris rayonu sahilində yerli vaxtla saat 08:10-da (Bakı vaxtilə saat 09.10) 4.1 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosunun Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ 65,1 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dünən gecə saatlarında eyni ərazidə 5.4, 4,6 bal gücündə yeraltı təkanlar olub. AFAD Manisa vilayətində də dünən 4,7, 4,8 bal gücündə 2 zəlzələnin baş verdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət