Slimfit
  1. HƏRB

Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib

Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib
Sakura

Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib

Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib

“44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi bəyanata imza atanların buna əməl edəcəyi idi. Lakin Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

O qeyd edib ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.

Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir:

“Bir daha ifadə etməyə dəyər: Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaş Azərbaycanın yanındayıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR