Dərc edildi: Baxış sayı: 702
Türkiyənin Manisa vilayətində yenə zəlzələ baş verib
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda yerli vaxtla saat 20:49-da 4,1 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə istinadla verdiyi xəbərə görə, zəlzələ yerin 7,90 kilometrliyində meydana gəlib.
Təkanlar İzmirdə də hiss edilib.
Qeyd edək ki, 22 yanvarda eyni ərazidə 5,4 bal gücündə zəlzələ olub. Zəlzələdən 249 bina zərər görüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət