Dərc edildi: Baxış sayı: 513
Türkiyənin Kappadokiya bölgəsinə səfər edən çinli turistlərin sayı kəskin azalıb
Türkiyənin bütün dünyada məşhur olan turizm mərkəzi - Kappadokiya bölgəsinə səfər edən çinli turistlərin sayı kəskin azalıb.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Turizmin İnkişafı üzrə Kooperativ Birliyinin rəhbəri Mustafa Durmaz məlumat verib.
Onun sözlərinə görə, hər il bölgəyə səfər edən turistlərin, təxminən, yarısını təşkil edən Çin vətəndaşları hotellərdə tutduqları yerlərdən imtina ediblər.
"Hələ ki, imtina halları çox deyil, ümid edirik ki, aprel-may aylarında vəziyyət düzələcək", - deyə turizm rəsmisi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət