Slimfit
  1. DÜNYA

Türkiyənin iki vilayətində ard-arda 10-dan çox zəlzələ qeydə alınıb

Türkiyənin iki vilayətində ard-arda 10-dan çox zəlzələ qeydə alınıb
Sakura

Türkiyənin iki vilayətində ard-arda 10-dan çox zəlzələ qeydə alınıb

Bu gün Türkiyənin Muğla vilayətində Aralıq dənizinin Marmaris rayonu sahillərində ard-arda zəlzələlər baş verib.

APA-nın yerli bürosunun Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla verdiyi xəbərə görə, Marmarisdə ilk təkan yerli vaxtla saat 04:28-də, Rixter şkalası üzrə 5,4 bal gücündə qeydə alınıb. 18 dəqiqə sonra 4,4, yerli vaxtla saat 08:12-də 4,3, 08.43-də isə 4,2, daha sonra isə 2,7 və 4,4 bal gücündə zəlzələlər qeydə alınıb. Təkanlar yerin dərin qatlarında olub.

AFAD və Kandilli Rəsədxanasının məlumatlarına görə, Aralıq dənizi sahillərində ard-arda 10-dan çox təkanlar qeydə alınıb.

Günlərdir təkanların qeydə alındığı Manisa vilayətinin Akihisar rayonunda isə bu sabah yerin 6,5 kilometr dərinliyində 3,7 maqnitudada zəlzələ baş verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR