Slimfit
  1. SİYASƏT

Türkiyənin ictimai-siyasi xadimləri Bakının qurtuluşunun 102-ci ildönümündən danışıblar

Türkiyənin ictimai-siyasi xadimləri Bakının qurtuluşunun 102-ci ildönümündən danışıblar
Sakura

Türkiyənin ictimai-siyasi xadimləri Bakının qurtuluşunun 102-ci ildönümündən danışıblar

“Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa azərbaycanlı qardaşlarının da dəstəyilə 15 sentyabr 1918-ci ildə 30 saat sürən qızğın müharibədən sonra Qurd qapısından daxil olmaqla Bakını işğaldan xilas edib. Bundan sonra Gəncədəki hökumət Bakıya gəlib və hakimiyyət paytaxtdan idarə olunmağa başlanıb”.

Ens.az xəbər verirki,bunu APA-nın yerli bürosuna Gazi Üniversitetini professoru Selma Yel deyib.

102 il öncə Osmanlı dövlətinin həm özünün, həm də Azərbaycanın müdafiəsi üçün çox çətin mərhələlərdən keçdiyini vurğulayan professor bildirib ki, Qafqaz İslam Ordusu həmin illərdə 106 və 107-ci piyada, 56-cı topçu batalyonundan təşkil edilib: “Azərbaycan  28 May 1918-ci ildə öz müstəqilliyini elan edərkən Bakı bolşevik ermənilərin işğalı altında idi. O zaman Osmanlı İmperiyası yeddi fərqli cəbhədə ölüm-qalım savaşı aparırdı. Osmanlı Dövləti ilə Azərbaycan arasında 4 iyun 1918-ci ildə imzalanan müqavilənin 4-cü maddəsinə əsasən, Nuri Paşanın komandanlığı altında əsgərlər azərbaycanlı qardaşlarına dəstək üçün Anadoludan yola çıxdı. Qafqaz  İslam Ordusu Gəncəyə çatanda, Azərbaycan korpusundan min nəfər də qoşulmaqla 12 minlik bir ordu təşkil edildi.

Qafqaz İslam Ordusu əvvəlcə Göyçay, Salyan, Ağsu və Kürdəmiri ermənilərdən təmizlədi.

Osmanlı dövlətinin Baş Qərargah rəisinin müavini Ənvər Paşa qardaşı, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya belə demişdi: “Əgər müttəfiqimiz olan almanların təzyiqi ilə ordunu geri çağırmaq məcburiyyətində qalsam, sən bu əmri almamış hesab et və Bakını xilas etməyincə, Gəncədəki müvəqqəti hökuməti Bakıya gətirməyincə geri dönmə”. Bu gizli təlimat əsasında Nuri Paşa 1130 şəhid bahasına Bakını işğaldan xilas edir. Ədirnə, Qars, Kayseri,  Sivas, Kastamunu, Kırşehir, Elazıg və bütün Anadolunun bağrından çıxan əsgərlərimiz xəritədə bəlkə də yerini belə göstərə bilməyəcəkləri Azərbaycanlı qardaşları üçün canlarını verməkdən çəkinmədilər. Bu gün o şəhidlər  Bakü, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala, Hacıqabul və Quba kimi bir çox bölgələrdə uyuyurlar.

Hazırda Bakının ən yüksək yerlərindən bir olan Dağüstü Parkda isə Qafqaz İslam Ordusunun Şəhidləri 1990-cı ildə olan Rusiya ordusunun öldürdüyü 20 Yanvar şəhidlərilə birlikdə uyuyur və ehtiramla yad edilirlər”.

S.Yel Birinci Dünya Müharibəsi dönəmində Azərbaycanın da Osmanlı dövlətinə kömək etdiyini xatırladıb: “Balkanlar savaşında, Çanaqalada könüllü olarak Osmanlı dövlətinə kömək edən Azərbaycan Türkü, xeyriyyəçi Zeynal Abidin Tagiyevin qurduğu aş evləri  müharibənin aclığından, qıtlığından kütləvi ölümlərə düçar olan Qara dənizlilərin imdadına yetişib. Bu xeyriyyəçilik sayəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzdindəki ermənilərin bölgədə törədəcəyi kütləvi qırğınların qarşısı alınıb, Ardahanda kimsəsiz, yetim uşaqlar himayəyə götürülüb, Nargində türk əsirlərin dərdlərinə dərman olub və buna görə də Osmanlı özünün ölüm-qalım mübarizəsində ikən qardaş Azərbaycanın harayına yetişib”.

Professor bildirib ki, tarixdə dəfələrlə sübuta yetirilən Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədidir: “Yaxşı gündə də, pis gündə də bərabərlik nümayiş etdirən bu qardaşlığın gələcək nəsillərə ötürülməsi üçün təbliğatımızı daha da gücləndirməliyik”.

“Qafqaz İslam Ordusunun dəstəyilə Bakının işğaldan qurtuluşunun 102-ci ildönümünü təbrik edirik”.

Bunu isə APA-ya Türkiyənin Yenidən Rifah Partiyasının sədri müavini Doğan Bekin bildirib.

O, təmsil etdiyi partiya adından Bakının işğalı zamanı həyatlarını itirən şəhidlərimizə Allahdan rəhmət diləyib, bir daha belə fəlakətlərin yaşanmamasını arzu edib. 

Doğan Bekin bildirib ki, Yenidən Rifah partiyası hazırda da Azərbaycanın işğalda olan torpaqları üçün Ermənistana qarşı haqlı mübarizəsinin yanındadır: “Bakının 102 il öncə ermənilər tərəfindən işğal cəhdlərində olduğu kimi hazırda Azərbaycanın sərhəd bölgəsi Tovuza təcavüzkar hücumlar etməsini şiddətlə qınayırıq. Haqlı mübarizəsində Türkiyə hər zaman Azərbaycanla birgə olacaq”.

Türkiyəli siyasətçi, keçmiş deputat Sinan Oğan APA-ya bildirib ki, 15 sentyabr Qafqaz İslam Ordusunun qələbəsi ən çətin şəraitdə belə Anadolu Türklərinin Azərbaycan Türklərinin yanında olmasının bir daha sübutudur: “15 sentyabr Azərbaycan müstəqilliyinin önəmli bir dönüş nöqtəsidir. Tariximiz 15 sentyabr kimi çox qəhrəmanlıq, birlik qardaşlığımızın göstəricisi olan çox faktlarla zəngindir”.

S. Oğan qeyd edib ki, hər nə çətinlik olur-olsun keçmişdən aldığımız ibrətamiz nümunələrlə Türkiyə və Azərbaycan bu gün regionda söz sahibidir və gələcəkdə bu birliyin daha mütəşəkkil davam edəcəyinə inanır: “Tarixdən aldığımız güclə bu gündən gələcəyə daha inamla baxırıq. Regionda və dünyada söz sahibi olan iki dövlət kimi çox uğurlu layihələrə imza atırıq və atacağıq. Dağlıq Qarabağda davam edən haqsız Ermənistan işğalına qarşı birgə müqavimətimiz başda olmaqla xarici siyasətdə uğurlu addımlarımızı birlikdə atırıq. Bu güclü birliyimizə imza atan Nuri Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun şəhidlərinə Allahdan rəhmət diləyirik. İnanırıq ki, 102 il öncə Bakını işğaldan qurtaran türk ordusu bu gün də inşallah Azərbaycanın işğalda olan ərazilərini xilas edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR